Zaqatalada yük maşını traktorla toqquşub

Zaqatalada yük maşını traktorla toqquşub Zaqatala. 16 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda traktorla yük maşını toqquşub.
Hadisə
16 Dekabr , 2018 17:19
Zaqatalada yük maşını traktorla toqquşub

Zaqatala. 16 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda traktorla yük maşını toqquşub.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Firmaya məxsus yük maşını eyni istiqamətdə hərəkət edən Zaqatala rayon sakininin idarə etdiyi qoşqulu traktoru arxadan vurub. Qəzadan sonra yük maşınında olan 1996-cı il təvəllüdlü Şəki rayonu Qışlaq kənd sakini Sərxan Həmzət oğlu Alıməmmədli aldığı müxtəlif dərəcəli bədən xəsarəti ilə Zaqatala MRX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi