Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb - YENİLƏNİB-2

Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb - YENİLƏNİB-2 Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Dekabr , 2018 09:11
Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb - YENİLƏNİB-2

Salyan. 16 dekabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə,  rayonun Xıdırlı kəndi ərazisində qeydə alınan hadisə nəticəsində “Hyundai”ın sürücüsü, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


*** 08:13

Salyan. 16 dekabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un aran bürosu xəbər verir ki, hadisə zamanı Masallı rayon sakinləri, 1978-ci il təvəllüdlü ƏLiyev Fariz Cəmil oğlu, 1965-ci il təvəllüdlü Hüseynov İlkin Əlimərdan oğlu və 1989-cu nil təvəllüdlü Kərimov Elbrus Hikmət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə zamanı 1 nəfərin öldüyü bildirilsə də onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. 


*** 07:26

Salyan. 16 dekabr. REPORT.AZ/ Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Hadisə şahidlərinin veridyi məlumata görə qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılılb. 

Daha əvvəl İmişlidə yol qəzası zamanı sürücü xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi