Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edilib - YENİLƏNİB

Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edilib - YENİLƏNİB Zaqatala rayonunda dağlıq ərazidə yanğın başlayıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib. Yanğının söndürülməsi üçün Zaqatala rayon dövlət yanğından mühafizə hissəsi
Hadisə
30 Avqust , 2022 16:13
Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edilib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

14.12

Zaqatala rayonunda dağlıq ərazidə yanğın başlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.

Yanğının söndürülməsi üçün Zaqatala rayon dövlət yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.

Son xəbərlər

Orphus sistemi