Zaqatalada qoca qadın intihar edib

Zaqatalada qoca qadın intihar edib Zaqatala. 11 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda qoca qadın intihar edib.
Hadisə
139
11 Oktyabr , 2018 20:18
Zaqatalada qoca qadın intihar edib

Zaqatala. 11 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda qoca qadın intihar edib.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, kənd sakini, təxminən, 75-80 yaş arası Şöhrət Hacımusa qızı Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb.

Araşdırma zamanı Ş.Qaracayevanın intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son həftə ərzində bu, Zaqatalada ikinci intihar hadisəsidir.

Son xəbərlər

Orphus sistemi