Zaqatalada qəzada 1 nəfər xəsarət alıb, vəziyyəti ağırdır

Zaqatalada qəzada 1 nəfər xəsarət alıb, vəziyyəti ağırdır Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 İyul , 2020 05:43
Zaqatalada qəzada 1 nəfər xəsarət alıb, vəziyyəti ağırdır

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayon ərazisində iki avtomobil toqquşub.

Hadisə zamanı 1976-cı il təvəllüdlü Quliyev Azad Məhyəddin oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona sol baldır sümüyünün yerdəyişən sınıqları diaqnozu qoyulub. A.Quliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi