Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib

Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.
Hadisə
1829
15 Avqust , 2020 12:19
Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb.

Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Orphus sistemi