Zaqatalada qaydaları pozan obyekt sahibləri cərimələnib

Hadisə
  • 12 sentyabr, 2021
  • 07:36
Zaqatalada qaydaları pozan obyekt sahibləri cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri monitorinqlər zamanı bəzi obyekt sahibləri və icarədarlar tərəfindən qaydalara laqeyd yanaşıldığı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Körpü” kafesində gələn müştərilərə xidmət edən işçilərin bir neçəsinin, eləcə də Əliabad qəsəbəsindəki kafelərin birində müştərilərin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin obyekt sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

44 filmi