Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO - YENİLƏNİB-2

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub.
Hadisə
22 Fevral , 2019 10:58
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO - YENİLƏNİB-2
Report

 Video əlavə olunub.


Zaqatala. 22 fevral. REPORT.AZ/ Zaqatala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Bəhmətli kənd sakini, 1990-cı il təvəllüdlü Qədimov Elgün Nazim oğlu və 1986-cı il təvəllüdlü Zaqatala şəhər sakini Dadaşov Bəxşiş Bayram oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"a verilən məlumata görə, yaralılardan E.Qədimov həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında xəstəxanada keçinib. B.Dadaşovun isə vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


*** 08:29

Zaqatala. 22 fevral. REPORT.AZ/ Axşam saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Göyəm kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanalarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Qəza nəticəsində ölən şəxsin meyiti müayinə oplunması üçün. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 

Daha əvvəl Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi