DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
Hadisə
- 04 sentyabr, 2022
- 06:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 3-də günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib. Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini Abdulla Qurbanov olduğu müəyyən edilib. Araşdırmalar zamanı onun çay qaynatmaq məqsədilə orada ocaq qaladığı, ocağın közlərinin isə ətrafa yayılaraq yanğın törətdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:21
Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb
İnfrastruktur
10:05
Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
Digər ölkələr
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol