Zaqatalada mağazada yanğın olub, bir nəfər ölüb

Zaqatalada mağazada yanğın olub, bir nəfər ölüb Zaqatala rayonunun Mosul kəndində, məişət avadanlıqlarının satışı mağazasında yanğın hadisəsi baş verib.
Hadisə
14 Avqust , 2021 00:26
Zaqatalada mağazada yanğın olub, bir nəfər ölüb

Zaqatala rayonunun Mosul kəndində, məişət avadanlıqlarının satışı mağazasında yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 240 m² olan mağazanın yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yanğın zamanı 2001-ci il təvəllüdlü Qazıyev Raul Zeydulla oğlu xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. R.Qazıyev xəstəxanada vəfat edib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi