Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO
Hadisə
- 12 sentyabr, 2017
- 10:19
Zaqatala. 12 sentyabr. REPORT.AZ/ Zaqatalada güclü küləklə müşahidə edilən yağış rayonun bəzi ərazilərində fəsadlar törədib.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayan güclü külək və yağış Zaqatalanın 3-cü Tala, Yolayrıc, Muğanlı kəndlərində müəyyən fəsadlara yol açıb.
Nəticədə 20-dən çox tövlə və altıaçıqların dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda kənd sakinləri və aidiyyati qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar. Zaqatala Elektrik Şəbəkədən verilən məlumata görə, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.
Son xəbərlər
08:15
Video
Qaradağ rayonunda vulkan püskürüb
Elm və təhsil08:12
NASA "Crew-13" missiyasını buraxılışa hazırlayır
Digər ölkələr07:54
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Xarici siyasət07:42
Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq
Xarici siyasət07:30
Foto
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Xarici siyasət07:21
Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib
İKT07:00
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
Formula 106:43
Foto
Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
Xarici siyasət06:28