Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb
Hadisə
- 21 noyabr, 2021
- 10:28
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkumluq həyatı yaşayan şəhər sakini Şahin Osmanov saxlanılıb.
Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilən zaman yardımçı tikilidə gizlətdiyi qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Son xəbərlər
01:55
İshaq Dar ilə Bədr Abdel Ati Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə ediblər
Digər ölkələr01:38
Qərbi Azərbaycan Xronikası: Boznəli kəndi XIX əsrin əvvəllərində ləğv edilib
Daxili siyasət01:31
İsrail Tehrandakı sinaqoqun vurulmasını etiraf edib
Digər ölkələr01:17
Pakistan və Mərakeşin XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Digər ölkələr00:54
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçirilib
Futbol00:35
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Digər ölkələr00:06
Zelenski: Ukrayna Avropa üçün təhlükəsizlik təklifləri hazırlayır
Digər ölkələr00:00
Ağdaban qətliamından 34 il ötür
Daxili siyasət23:38