Zaqatalada evi ildırım vuraraq yandırıb

Zaqatalada evi ildırım vuraraq yandırıb Zaqatala rayonunda yaşayış evini ildırım vurub.
Hadisə
26 May , 2019 22:58
Zaqatalada evi ildırım vuraraq yandırıb

Zaqatala rayonunda yaşayış evini ildırım vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təbiət hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda şimal-qərb bölgəsində güclü küləklə müşahidə olunan yağış yağır.

Son xəbərlər

Orphus sistemi