Zaqatalada toy sahibi COVID-19 pasportuna görə cərimələnib

Hadisə
  • 13 dekabr, 2021
  • 07:53
Zaqatalada toy sahibi COVID-19 pasportuna görə cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Yolayrıc kəndində Məhərrəm Serova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi M.Serov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib və məclis dayandırılıb.