Zaqatalada avtomobil ağaca çırpılıb, 1 nəfər yaralanıb

Zaqatalada avtomobil ağaca çırpılıb, 1 nəfər yaralanıb Hadisə gecə saatlarında baş verib
Hadisə
17 May , 2017 06:17
Zaqatalada avtomobil ağaca çırpılıb, 1 nəfər yaralanıb

Bakı. 17 may. REPORT.AZ/ Gecə saatlarında Zaqatala rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Qəza "Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində qeydə alınıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi