Balakəndə yol qəzası zamanı ər-arvad və daha 1 nəfər xəsarət alıb

Balakəndə yol qəzası zamanı ər-arvad və daha 1 nəfər xəsarət alıb Zaqatala rayonunda yol qəzası baş verib.
Hadisə
30 Oktyabr , 2021 23:13
Balakəndə yol qəzası zamanı ər-arvad və daha 1 nəfər xəsarət alıb

Balakən rayonunda ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləti məlum olub.

Report"un Şimal-qərb bürosunun məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərin toqquşması zamanı "Mercedes"in sürücüsü, 41 yaşlı Elçin Şirinov, "VAZ-2107-nin sürücüsü, 58 yaşlı Kazım Osmanov və həyat yoldaşı 54 yaşlı Xanım Osmanova xəsarət alıblar.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

20:19

Balakən rayonunda ağır yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi