Zaqatalada 34 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 19 fevral, 2022
  • 22:27
Zaqatalada 34 yaşlı kişini avtomobil vurub

Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil 1988-ci il təvəllüdlü İsayev Zülfüqar Rasim oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.