Yuxarı

Zaqatalada 19 yaşlı gənc toyda bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 13 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Dağlı kəndində  qeydə alınıb.

Belə ki, kənddə fəaliyyət göstərən şadlıq evində keçirilən toy mərasimində rayonun Faldar kənd sakini 19 yaşlı Ruhi Abdullayev bıçaqlanıb.

Yaralı qarın boşluğunun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq xəsarətləri diaqnozu ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzərində cərahiyyə əməliyyatı aparılıb və vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi