Zaqatalada 14 yaşlı oğlan göldə boğulub

Zaqatalada 14 yaşlı oğlan göldə boğulub Zaqatala 23. avqust REPORT.AZ/ Zaqatalada göldə çimən oğlan boğularaq ölüb.
Hadisə
23 Avqust , 2018 21:18
Zaqatalada 14 yaşlı oğlan göldə boğulub

Zaqatala 23. avqust REPORT.AZ/ Zaqatalada göldə çimən oğlan boğularaq ölüb.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında rayonun Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, Aşağı Tala Köçkün Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rəvan Ramil oğlu İsmayılov yaxınlıqda olan gül plantasiyasına məxsus göldə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi