Yuxarı

"Zaminbank"ın vəzifəli şəxsləri barədə hökm dəyişdirildi - QƏRAR

​"Zaminbank"ın vəzifəli şəxsləri barədə hökm dəyişdirildi

Sumqayıt Apellyasiya Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərif Abıyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.

"Report"un əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəza hissəsində dəyişdirilib.

Qərara əsasən, təqsirləndirilən şəxslər dövlət və yerli özünüidarəetmə orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasından azad ediliblər.

Həmçinin onlara təyin edilən sınaq müddəti də azaldılıb.

Qeyd edək ki, İlyasov Şahin Kamil oğluna 5 il 6 ay, Abiyeva Zərif Əjdər qızı, Həsənov Anar Rafiq oğlu və Osmanov Anar Kamaləddin oğlunun hər birinə 5 il azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov həmin filialın Xəzinə şöbəsinin müdiri, Anar Həsənov Kredit şöbəsinin baş iqtisadçısı, Zərifə Abıyeva isə baş mühasib vəzifəsində işləyib.

Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq mənimsəmə yolu ilə ümumilikdə 1,3 mln manat ziyan vurmaqda təqsirli biliniblər.

Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi