Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans Mingəçevirdə qəzaya düşüb
Hadisə
- 27 iyul, 2017
- 11:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mingəçevir. 27 iyul. REPORT.AZ/ Yevlax Rayon Mərkəzi Xəstəxanasından yanğın səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya düşüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində, Nəsimi küçəsində baş verib.
Belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə oradakı xəstələri təxliyyə edən 90-JX-682 dövlət qeydiyyat nömrə nişanlı təcili tibbi yardım maşını yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çırpılıb.
Nəticədə təcili tibbi yardım maşını yararsız hala düşüb. Təcili tibbi yardım maşınında olan xəstə isə taksi ilə xəstəxanaya çatdırılıb.
Son xəbərlər
11:11
Foto
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
Fərdi
11:07
"Araz Supermarket" barədə protokol tərtib olunub
Biznes
11:06
"Samsung" son 3 ayda Azərbaycanın planşet bazarındakı payının 19 %-dən çoxunu itirib
İKT
11:05
"Barselona" Alexandro Baldeni satmağa hazırdır
Futbol
11:01
Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
Fərdi
11:00
Rüşvət almaqda təqsirləndirilən Vergi xidmətinin əməkdaşlarının məhkəməsi başlayır
Hadisə
10:59
UEFA Çempionlar Liqası: "Sabah"ı Norveçdə 200-dək azarkeş dəstəkləyəcək
Futbol
10:48
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Elm və təhsil
10:45
"Sabah"ın 127 yaşlı rəqibi: "Vikinq"in iki baş məşqçi modeli ilə çempionluğa gedən yolu
Futbol