Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var - YENİLƏNİB Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
4 Noyabr , 2019 00:52
Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var - YENİLƏNİB
Foto: "Report"

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov  Elnur Kələntər oğlu və Bakı sakini, 1985-ci il təvəllüdlü Əliyev Rəsul Mehman  oğlu müxtəlif növ bədən xəsarəti alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.


*** 23:22

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Qarabağ mərkəzinin verdiyi verdiyi məlumata görə, hadisə Tanrıqullar kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vuraraq öldürüb. Bu zaman yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb. Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi