Yevlaxda Türkmənistana gedən yük maşını qəzaya uğrayıb - FOTO
Hadisə
- 29 yanvar, 2018
- 20:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yevlax. 30 yanavar. REPORT.AZ/ Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində yük maşını dairəyə daxil olan zaman maneəyə çırpılaraq qəzaya uğrayıb.
"Report"un Qərb bürosu xəbər verir ki, nəticədə avtomobilə ciddi ziyan dəyib, onun yanacağı isə ətrafa dağılıb. Qəza maşının təkərinin partlaması nəticəsində baş verib.
Hadisə zamanı Türkmənistan vətəndaşı olan 1979-cu il təvəllüdlü sürücü Həbibullayev Tacmühəmməd Niyazməhəmməd oğlu xəsarət alıb.
Əldə edilən məlumatlara görə, maşın Türkmənistana yük daşıyırmış.
Hazırda əraziyə DYP əməkdaşları cəlb olunub. Qəza baş verən yerdə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:38
Avropa Komissiyası Aİ-nin 11 ölkəsinə büdcə qaydalarının pozulması barədə xəbərdarlıq edib
Digər ölkələr
21:29
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Region
21:23
İran Hörmüz boğazında 26 yedək gəmisini qara siyahıya salıb
Region
20:54
Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil
Digər ölkələr
20:42
Foto
Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Maliyyə
20:29
Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb
Digər ölkələr
20:26
İsveç parlamenti Kristerssonun Baş nazir vəzifəsində qalması məsələsini səsverməyə çıxaracaq
Digər ölkələr
20:11
Foto
Video
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
Futbol
20:08
Foto
Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub
Region