Yevlaxda sürücü qarşısına çıxan iti vurmamaq istərkən qəza törədib

Yevlaxda sürücü qarşısına çıxan iti vurmamaq istərkən qəza törədib Yevlax. 18 avqust. REPORT.AZ/ Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Avqust , 2018 00:44
Yevlaxda sürücü qarşısına çıxan iti vurmamaq istərkən qəza törədib

Yevlax. 18 avqust. REPORT.AZ/ Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü Yevlax şəhər sakini Əliyev Taleh Əjdər oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən anidən yola it çıxıb.

Bu zaman sürücü heyvanı vurmamaq üçün maşını kənara döndərib və idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi