Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb Yevlax. 8 noyabr. REPORT.AZ/ Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.
Hadisə
8 Noyabr , 2018 06:46
Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Yevlax. 8 noyabr. REPORT.AZ/ Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Əmiraslanovu naməlum avtomobil vurub. Qəzanı törədən avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. N.Əmiraslanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi