Xaçmazda avtomobil 24 yaşlı qadını vurub, sürücü qaçıb

Xaçmazda avtomobil 24 yaşlı qadını vurub, sürücü qaçıb Xaçmaz. 2 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Noyabr , 2018 10:54
Xaçmazda avtomobil 24 yaşlı qadını vurub, sürücü qaçıb
0 : 00
0 : 00

Xaçmaz. 2 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Hicran qızı Əhmədovanı naməlum avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, A.Əhmədovaya baş-beyin silkələnməsi, alının cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub və vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi