Bir qrup rayon sakini Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən və eləcə də, xəstəxanadan oğurluq edilməsi barədə məlumatlar veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Balabəy Cəfərov saxlanılıb.
Araşdırmalarla onun 3 fərdi yaşayış evindən və xəstəxanadan televizor, noutbuk, samovar, elektrik kabelləri və nəğd pul oğurlamaqla vətəndaşlara maddi ziyan vurduğu müəyyən edilib.
Dindirilmə zamanı B.Cəfərov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.