Yevlax. 4 aprel. REPORT.AZ/ Yevlax rayonunda qız üstundə 23 yaşlı gənc bıçaqlanıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov münaqişə zəminində gicgah və ağız nahiyəsindən bıçaq zərbələri alıb.
Üstəlik, ona məxsus “VAZ-2107” markalı minik avtomobilinin müəyyən hissələri əzilib, şüşəsi sındırılıb. Yaralı şəxsi avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedib və dərhal əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.