Yevlaxda qadın meyiti tapılıb

Hadisə
  • 24 fevral, 2025
  • 11:18
Yevlaxda qadın meyiti tapılıb

Yevlax rayonunda qadın meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qadının meyiti Yevlaxdakı köhnə internat məktəbinin binasında aşkar olunub.

İlkin təhqiqat zamanı meyiti aşkar edilən şəxsin 1941-ci il təvəllüdlü Quliyeva Narınc Hüseyn qızı olduğu müəyyənləşib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

44 filmi