Yevlaxda oğurluq edən şəxs saxlanılıb

Yevlaxda oğurluq edən şəxs saxlanılıb Yevlax rayon sakini olan bir nəfər cari ilin iyul ayında evindən dəmir konstruksiyalar və müxtəlif məişət əşyalarının mühərrik hissələrinin oğurlanması ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət edib.
Hadisə
16 Oktyabr , 2021 11:53
Yevlaxda oğurluq edən şəxs saxlanılıb

Yevlax rayon sakini olan bir nəfər bu ilin iyul ayında evindən dəmir konstruksiyalar və müxtəlif məişət əşyalarının mühərrik hissələrinin oğurlanması ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Yevlax RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Hafiz Məmmədov saxlanılıb. Araşdırmalarla onun ümumilikdə 9 ədəd soyuducu və kondisioner mühərriki, dəmir konstruksiyalar və s. oğurlamaqla vətəndaşa 4000 manat miqdarında ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi