Yevlaxda meşə ərazisində yanğın başlayıb, xəsarət alan var - FOTO

Yevlaxda meşə ərazisində yanğın başlayıb, xəsarət alan var - FOTO Yevlax rayonunda meşə ərazisində yanğın başlayıb.
Hadisə
13 İyul , 2019 01:36
Yevlaxda meşə ərazisində yanğın başlayıb, xəsarət alan var - FOTO

Yevlax rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, yanğın gecə saatlarında qeydə alınıb.

Belə ki, ildırım meşədəki ağacları vurub və bundan sonra yanğın başlayıb. Yerli idarəetmə orqanlarının və meşə təsərrüfatının işçiləri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə eyni zamanda 8 yanğınsöndürən avtomobil də cəlb edilib. Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı - 1983-cü il təvəllüdlü Vasif Məhərrəmov da tüstüdən zəhərlənib. O, Yevlax rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi