Yevlaxda maşının vurduğu qadın piyada xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB

Yevlaxda maşının vurduğu qadın piyada xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB Qəza zamanı qadının boynunun iki fəqərə sümüyü sınıb
Hadisə
7 Oktyabr , 2017 21:50
Yevlaxda maşının vurduğu qadın piyada xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB
Report

Yevlax. 7 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda avtomobil tərəfindən vurulmuş qadın xəstəxanada dünyasını dəyişib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə oktyabrın saatlarında rayonun Aran qəsəbəsində baş verib.

Həmin ərazidə yolu keçmək istən 1969-cu il təvəllüdlü qəsəbə sakini, Zahirə Əmirova “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Yaralı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib və orada  ölüb.


***20:34

Yevlax. 7 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda 48 yaçlı qadını maşın vurub.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Ağcabədi rayon sakini 1969-cu il təvəllüdlü qəsəbə sakini, Zahirə Əmirova “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, hadisə zamanı ağır xəsarətlər almış yaşlı qadının boynunun iki fəqərə sümüyü sınıb. 

Son xəbərlər

Orphus sistemi