Yuxarı
    Bağlamaq

    Yevlaxda azyaşlı ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

    Faktla bağlı araşdırma aparılır

    Yevlax.10 avqust. REPORT.AZ/ Yevlax rayonunda azyaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb. 

    "Report”un Şirvan bürosu xəbər verir ki, 2015-ci il təvəllüdlü Allahverdiyeva Aysu Kamil qızı Havarlı kəndindəki iki mərtəbəli fərdi yaşayış evində yıxılaraq baş nahiyəsindən ciddi xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda müalicəsi davam etdirilir. Müalicə prosesində Bakıdan gəlmiş həkimlər də iştirak edir. Azyaşlının müəyyən mərhələdən sonra müalicəsinin davam etdirilməsi üçün paytaxta göndərilməsi planlaşdırlır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi