Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb 

Hadisə
  • 01 noyabr, 2022
  • 17:56
Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb 

Yevlaxın Yuxarı Qarxun kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 50-55 yaşlarında İsrafil Güləliyevi "VAZ-2107" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.