Yevlaxda avtomobil maneəyə çırpılıb, 5 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB

Yevlaxda avtomobil maneəyə çırpılıb, 5 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB Yevlax. 25 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanları adı məlum olub.
Hadisə
25 Sentyabr , 2018 19:42
Yevlaxda avtomobil maneəyə çırpılıb, 5 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB

Yevlax. 25 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanları adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticədə avtomobildə olan sərnişinlər: 

Tovuz rayonunun Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev,

Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Kəmalə Nəcəfqulu qızı Əliyeva, 

Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Ceyhun İsaq oğlu Hüseynov

Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayev

Şəmkir rayon Şiştəpə kənd sakini,1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova
Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.


***16:28

Yevlax. 25 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü və 4 nəfər sərnişin xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi