Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti sudan çıxarılıb - YENİLƏNİB
- 12 iyul, 2023
- 14:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti sudan çıxarılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 2003-cü il təvəllüdlü Cavid Həsənovun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
11.52
Yevlaxda avtomobil kanala düşüb, bir nəfər batıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.