Yevlaxda avtomobil aşıb,xəsarət alanlar var

Yevlaxda avtomobil aşıb,xəsarət alanlar var Avtomobildə olan 3 azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Hadisə
1 Yanvar , 2018 03:44
Yevlaxda avtomobil aşıb,xəsarət alanlar var

Yevlax. 1 yanvar. REPORT.AZ/ Yevlaxdaavtomobilinaşması ilə nəticələnənyolqəzası baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Mingəçevir-Xaldan avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Belə ki, idarəetmədən çıxan “Mersedes” markalı avtomobil yolun kənarına aşıb.Nəticədə “Mersedes”in sürücüsü-Mingəçevir sakini Anar Musayev və avtomobildə olan sürücünün bacısı uşaqları -3 azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı uşaqların yüngül ,sürücünün isə ciddi xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı arşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi