Yevlaxda adı "Qırmızı Kitab"a düşən yulğun kolları yanıb - VİDEO - YENİLƏNİB
Hadisə
- 11 mart, 2019
- 09:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Video əlavə olunub
*** 13:26
Yevlax rayonunda adı "Qırmızı Kitab"a düşən yulğun kolları yanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Boşçalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, quru otun alovlanması ilə başlayan yanğın daha sonra yulğun kolu sahəsinə keçib. Nəticədə xeyli sayda kol yanaraq məhv olub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlaxdan keçən hissəsi boyunca yol kənarında bitən yulğun kolları Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşüb və qorunur. Bu bitki quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir.
Yevlaxda adı "Qırmızı Kitab"a düşən yulğun kolları yanıb - VİDEO - YENİLƏNİB
Son xəbərlər
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr