Yevlaxda 16 yaşlı qız yol qəzasında xəsarət alıb

Hadisə
  • 06 oktyabr, 2019
  • 16:43
Yevlaxda 16 yaşlı qız yol qəzasında xəsarət alıb

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2107" markalı avtomobil "KaMAZ" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sərnişini, Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Aytən Qafarova xəsarət alıb. O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi