Yevlax sakininin meyiti Gədəbəydə aşkarlanıb
Hadisə
- 21 mart, 2023
- 15:07
Gədəbəy rayonunun Slavyanka kəndində 38 yaşlı kişinin meyiti aşkarlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon Aran qəsəbə sakini, 1985-ci il təvəllüdlü Nahid Mətləb oğlu Həsənovun meyiti Gədəbəy rayon sakininə məxsus evin həyətində aşkarlanıb.
O, məsələ ilə bağlı polisə məlumat verib və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma zamanı həmin şəxsin naməlum şəraitdə öldüyü məlum olub. N.Həsənovun meyiti tibbi ekspertizaya təhvil verilib.
Qeyd edək ki, meyiti aşkarlanan şəxsin Gədəbəydə gün ərzində muzdlu işlə məşğul olduğu, gecələr isə müxtəlif yerlərdə gecələdiyi bildirilir.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
18:30
Foto
Qlobal Bakı Forumunda "2030 Gündəliyinin sürətləndirilməsi" mövzusunda panel müzakirəsi keçirilib
Xarici siyasət18:27
Fransa Ukraynaya 90 milyard avro məbləğində kredit üzrə Aİ öhdəliklərinin icrasını dəstəkləyib
Digər ölkələr18:25
UKMTO: Hörmüz boğazında yük gəmisi mərmi ilə vurulub
Digər ölkələr18:24
Prezident Azərbaycanda elektron siqaretlərin satışına görə 5 min manat cərimənin tətbiqini təsdiq edib
Daxili siyasət18:20
Əli Əsədov türkiyəli nazirlə iqlim dəyişikliklərini müzakirə edib
Xarici siyasət18:18
Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib
Daxili siyasət18:05
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilib - YENİLƏNİB
Xarici siyasət17:53
"Fitch Ratings" Azərbaycanın bank sektorunun 2026-cı il üçün perspektivlərini qiymətləndirib
Maliyyə17:45