Yevlax sakini 1 ton istifadəyə yararsız at ətini satmaq istəyən zaman saxlanılıb - FOTO

Yevlax sakini 1 ton istifadəyə yararsız at ətini satmaq istəyən zaman saxlanılıb - FOTO O, xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib
Hadisə
11 Yanvar , 2017 15:11
Yevlax sakini 1 ton istifadəyə yararsız at ətini satmaq istəyən zaman saxlanılıb - FOTO

Bakı. 11 yanvar. REPORT.AZ/ Daxili işlər orqanları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi