Xırdalanda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Xırdalanda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib Xırdalan şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslərə protokollar tərtib olunub.
Hadisə
21 Sentyabr , 2019 12:32
Xırdalanda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Xırdalan şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslərə protokollar tərtib olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Sentyabrın 20-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Xırdalan şəhəri ərazisində 2 mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə), protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi