Yeni Günəşlidə evdən 2 min dollar oğurlanıb

Yeni Günəşlidə evdən 2 min dollar oğurlanıb Martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.
Hadisə
24 Mart , 2024 10:45
Yeni Günəşlidə evdən 2 min dollar oğurlanıb

Martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi