Yasamalda yolu keçən qadını avtomobil vurdu

Hadisə
  • 24 fevral, 2020
  • 19:07
Yasamalda yolu keçən qadını avtomobil vurdu

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 1974-cü il təvəllüdlü Nəcəfova Arzu Rizvan qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.