Yasamalda yol keçən 64 yaşlı kişini avtomobil vurdu

Yasamalda yol keçən 64 yaşlı kişini avtomobil vurdu Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Fevral , 2020 08:35
Yasamalda yol keçən 64 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şərifzadə küçəsində yolu keçən 1956-cı il təvəllüdlü Məmmədov Tahir Əli oğlunu minik avtomobili vurub.

Nəticədə piyada ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması qoyulub və vəziyyəti ağır olduğuna görə reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi