Yasamalda “E-Manat” ödəmə terminalından 736 manat oğurlanıb

Yasamalda “E-Manat” ödəmə terminalından 736 manat oğurlanıb Bakı. 5 yanvar. REPORT.AZ/ “E-Manat” ödəmə terminalından oğurluq edən yeniyetmə tutulub.
Hadisə
5 Yanvar , 2019 12:33
Yasamalda “E-Manat” ödəmə terminalından 736 manat oğurlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ “E-Manat” ödəmə terminalından oğurluq edən yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 736 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi