Yasamalda 37 yaşlı kişi kürəyindən bıçaqlanıb

Hadisə
  • 21 sentyabr, 2019
  • 00:35
Yasamalda 37 yaşlı kişi kürəyindən bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Quliyev Taleh Əli oğlu “Şamaxinka” adlanan ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin arxa hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.