Yasamal rayonunda 27 yaşlı gənc bıçaqlandı

Hadisə
  • 13 mart, 2020
  • 23:22
Yasamal rayonunda 27 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü İbrahimzadə Elvin Elçin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.