Yanvarda Bakıda 13 piyadanı avtomobil vuraraq öldürüb

Yanvarda Bakıda 13 piyadanı avtomobil vuraraq öldürüb Daha 21 piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Hadisə
9 Fevral , 2018 15:41
Yanvarda Bakıda 13 piyadanı avtomobil vuraraq öldürüb

Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Bakıda 13 piyadanı avtomobil vuraraq öldürüb.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qəraragah rəisi, polis mayoru Talıb Qasımov məlumat verib.

T.Qasımovun sözlərinə görə, yanvar ayı ərzində piyadaların vurulması ilə nəticələnən 34 yol-nəqliyyat hadisəsi baş verib: "Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı 13 piyada ölüb, 21 piyada isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb". 

Son xəbərlər

Orphus sistemi