Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanılıb
Hadisə
- 01 dekabr, 2021
- 06:55
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq", - məlumatda qeyd olunub.
Son xəbərlər
03:32
İran mediası: Hörmüz boğazında ABŞ ilə toqquşmalar davam edir
Region03:05
"Fars": İordaniyada F-18 qırıcılarının yerləşdiyi ABŞ bazası PUA hücumuna məruz qalıb
Digər ölkələr02:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr02:23
Didye Deşam: "Etiraf etməliyik ki, bu gün həmişəkindən zəif çıxış etdik"
Futbol02:19
"Mehr": ABŞ Buşehr AES-ə hücum edə bilər
Region02:15
Luis de la Fuente: "Fransanın qarşısında dünyanın ən yaxşı komandası var idi"
Futbol02:06
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
Futbol01:50
Venesuelada zəlzələ zamanı ölənlərin sayı artıb
Digər ölkələr01:30